Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 24 Aprel 2009 00:02

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin Türkiyəyə rəsmi səfəri Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı İlker Başbuğun dəvəti ilə həyata keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 24 Aprel 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 23-də saat 10:25-dən 10:40-dək Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini;- saat 18:00-dan 18:15-dək və 19:00-dan 19:55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:00-dan 22:10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - aprelin 24-də saat 04:05-dən 04:20-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 04:30-dan 04:50-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 23 Aprel 2009 00:02

Aprelin 23-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin məlumatı 21 Aprel 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 20-də saat 20:15-dən 20:25-dək və 20:45-dən 20:50-dək Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 20 Aprel 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 19-da saat 15:00-dan 15:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 16:30-dan 16:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 18 Aprel 2009 00:02

Aprelin 18-də Bakıda Sülh Naminə Tərəfdaşlıq ruhunda “Regional Cavab-2009” Beynəlxalq hərbi təliminə start verilib.

Müdafiə Nazirliyinin məlumatı 18 Aprel 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 17-də saat 19:50-dən 20:00-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən; - aprelin 18-də saat 05:45-dən 06:10-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar .

Müdafiə Nazirliyinin məlumatı 17 Aprel 2009 00:03

Hərbi çağırış qaydalarında həyata keçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması, komplektləşdirmədə qüsurlara yol verilməməsi üçün Müdafiə Nazirliyinin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsinin nəzdində “Qaynar xətt” yaradılması və eyni zamanda, valideynlərin, çağırışçıların yaxınlarının şikayət və narazılıqlarını araşdırmaq üçün nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində işçi qrupun fəaliyyətə başlaması barədə xəbər verilib.

Müdafiə Nazirliyinin məlumatı 17 Aprel 2009 00:02

Aprelin 17-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayılı qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 17 Aprel 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 16-da saat 11:50-dən 12:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20:15-dən 20:25-dək və aprelin 17-də saat 05:50-dən 05:55-dək Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 02:10-dan 02:20-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.