Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 6 Avqust 2003 00:00

Avqustun 5-də Azərbaycan Silahlı Qüvvələrinin aşağıda adları çəkilən 5 nəfər hərbi qulluqçusu döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək həlak olmuşlar:- Baş leytenant Bəşirov Adıgözəl Aşur oğlu (20.04.1974-cü ildə anadan olub, 19.05.1988-ci ildə Zəngilən RHK-dən çağrılıb); - Kiçik çavuş Şahbazov Cavid Tanrıverdi oğlu (26.04.1984-cü ilda anadan olub, 04.04.2002-ci ildə Lerik RHK-dan çağrılıb); - Əsgər Ağayev Ruslan Şəhriyar oğlu (04.01.1984-cü ildə anadan olub, 2002-ci ilin aprelində Sumqayıt ŞHK-dan çağrılıb); - Əsgər İsayev Ramal Əmircan oğlu (20.06.1984-cü ildə anadan olub, 2002-ci ilin iyulunda Şəki RHK-dan çağrılıb); - Əsgər Qəhrəmanov Cavid Çingiz oğlu (02.10.1984-cü ildə anadan olub, 2002-ci ilin oktyabrında Beyləqan RHK-dan çağrılıb); Müdafiə Nazirliyinin rəhbərliyi həlak olmuş hərbi qulluqçuların ailələrinə dərin hüznlə başsağlığı verir və onlara Allahdan rəhmət diləyir.

Müdafiə Nazirliyinin məlumatı 4 Avqust 2003 00:00

Avqustun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Milli Müdafiə Universitetinin istefada olan general Ceyms Devisin rəhbərliyi ilə “Kapstoun” qrupunu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 30 İyul 2003 00:00

İyulun 29-da saat 10:40-dan saat 12:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gədəbəy rayonunun işğal olunmuş Örüşdaş dağında yerləşən mövqelərindən, Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Başkənd aşırımında yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 23 İyul 2003 00:00

İyulun 22-də saat 19:45-dən saat 20:25-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin işğal olunmuş 2 km.

Müdafiə Nazirliyinin məlumatı 22 İyul 2003 00:00

İyulun 21-də saat 23:20-dən saat 00:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin işğal olunmuş 4 km.

Müdafiə Nazirliyinin məlumatı 18 İyul 2003 00:00

İyulun 17-də saat 23:25-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vayk rayonunun Barsruni yaşayış məntəqəsinin 2 km.

Müdafiə Nazirliyinin məlumatı 17 İyul 2003 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 18-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Məzəmli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 10 İyul 2003 00:01

İyulun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puareni və hərbi attaşesi polkovnik Fransis Monkobeqi qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 9 İyul 2003 00:02

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində iyulun 10-dan 22-dək Lvov şəhərində (Ukrayna) "PEACESHİELD 03" çoxmillətli komanda-qərargah təlimi keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 9 İyul 2003 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 10-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonunun Yusifcanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.