Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 28-də saat 15:30-dan 15:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
-saat 23:15-dən 00:00-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
-saat 22:45-dən 22:50-dək, 23:30-dan 00:15-dək, dekabrın 28-də saat 03:55-dən 04:05-dək Füzuli rayonunun Qorqan, Aşağı Əbdürrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:35-dən 00:45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:00-dan 01:20-dək və 03:40-dan 03:55-dək Ağdam rayonunun Sarıcalı və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.