Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahli Qüvvələrinin bölmələri dekabrın 24-də saat 17:10-dan 17:30-dək və 18:55-dən 19:10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 15:15-dən 15:40-dək və dekabrın 25-də saat 03:30-dan 03:40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.