Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Yanvar 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 1-də saat 16:40-dan 17:25-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19:50-dən 20:05-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16:00-dan 16:25-dək, 16:50-dən 17:30-dək və yanvarın 2-də saat 04:40-dan 05:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
 Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
  İtki yoxdur.