Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 29-da saat 14:15-dən 14:20-dək və 23:30-dan 23:40-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
-saat 15:35-dən 15:58-dək və dekabrın 30-da saat 01:20-dən 01:30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.