AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 28-də saat 13:10-dan 13:15-dək və 14:10-dan 14:20-dək Tərtər rayonunun Yarımca və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 13:30-dan 13:45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 26-da saat 08:45-dən 08:55-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi;- saat 08:50-dən 08:55-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- mayın 27-də saat 01:45-dən 02:05-dək və 02:40-dan 00:55-dək Tərtər rayonunun Çiləbürt və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Rusiya federasiyasının müdafiə naziri Anatoli Serdyukovun dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Moskvaya işgüzar səfərə yola düşüb.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 25-də saat 18:00-dan 18:10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi;- saat 19:05-dən 19:15-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- saat 22:30-dan 22:50-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:35-dən 23:10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 24-də saat 21:00-dan 21:20-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən;- mayın 25-də saat 00:20-dən 00:30-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 01:10-dan 01:20-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Mayın 24-də Azərbaycanda səfərdə olan Belçika Krallığı Senatının fəxri prezidenti, Müdafiə və Xarici Əlaqələr komissiyasının sədri xanım Anne Marie Lizinlə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun görüşü olub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 23-də saat 20:45-dən 21:00-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Qarasu kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- saat 13:50-dən 14:05-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 24-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 21-də saat 22:05-dən 22:30-dək Ermənistan Respublikasının Əzizbəyov rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Babək rayonunun Aşağı Buzqov kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-də saat 16:55-dən 17:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:10-dan 22:30-dək, 22:35-dən 22:45-dək və 22:50-dən 23:10-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.