Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 31-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 12:00-dan 12:20-dək, 13:50-dən 14:00-dək, 22:00-dan 22:10-dək Ağdam rayonunun Sarıcalı, Şuraabad və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15:45-dən 16:00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12:25-dən 13:00-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17:10-dan 17:35-dək və 20:10-dan 20:15-dək Tərtər rayonunun Seysulan və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.