Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Cəbhədə gərgin vəziyyət davam edir.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-da saat 18:00-dan 18:05-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;  
- saat 18:00-dan 18:05-dək və 19:40-dan 20:25-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi;   
- saat 13:25-dən 13:40-dək və 23:30-dan 00:30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;   
- saat 18:40-dan 18:45-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;   
- saat 16:30-dan 16:35-dək və 22:05-dən 22:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17:10-dan 17:12-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 21:20-dən 21:23-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.