Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların getdiyi bir ərəfədə Silahlı Qüvvələrimizə atəşkəs rejiminə əməl olunması barədə göstəriş verilmişdi. Ancaq buna baxmayaraq qarşı tərəf vəziyyəti gərginləşdirməkdə davam edərək yenə də atəşkəs rejimini pozur.
Təkcə son sutka ərzində Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin bir neçə istiqamətində mövqelərimizi atəşə tutmuş və nəticədə oktyabrın 31-də saat 16:20-də bir əsgərimiz (Zeynalov Fərrux Sabir oğlu) yaralanmışdır. Lakin Azərbaycan Silahlı Qüvvələri göstərişi yerinə yetirərək düşmənə cavab atəşi açmamışdır. Ermənistan başa düşməlidir ki, bu haldan sui-istifadə etməsinə yol verilə bilməz və qarşılıqlı anlaşmaya riayət edilməzsə Azərbaycan tərəf cavab atəşi açmağa məcbur olacaq.