AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 7-də saat 15:00-dan 15:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 6-da saat 18:10-dan 18:15-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 15:45-dən 15:50-dək, 16:00-dan 16:15-dək və fevralın 7-də saat 01:45-dən 01:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00:45-dən 00:50-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 8-də Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Fevralın 3-də saat 17:25-də Hərbi Hava Qüvvələrinə məxsus SU-25 hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 2-də saat 12:20-dən 12:25-dək, 22:55-dən 23:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimizi, saat 08:05-dən 08:09-dək Ağdam rayonunun işğal altındakı Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 30-da saat 10:20-dən 10:25-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11:00-dan 11:05-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Tədbirlərin siyahısı Azərbaycan-ABŞ iş planına əsasən02.02-15.11.2011 Partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə dalğıc kursuSan Antonio, ABŞFTP-dən əlavə07-11.02.2011 NATO Təliminin sinxronlaşma konfransı Tallinn, Estoniya FTP-dən əlavə07-11.02.2011 Assimetrik təhdidlərdən simulator dəstəkli müdafiə və idarə edilən dəniz raketləri kursuKocaeli, Türkiyə Azərbaycan-ABŞ iş planına əsasən 07-10.02.2011 Azərbaycan-ABŞ işçi qrupunun iclasıGarmiş, AlmaniyaDil testi seminarı 07-18.02.2011Garmiş, AlmaniyaAzərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən08-10.02.2011 Hərbi-siyasi danışıqlarBakı, Azərbaycan"AVKOM 2011” Cavabdehlik İnformasiya Təminatı üzrə konfrans08-11.02.2011Ştutqard, AlmaniyaFTP-dən əlavə09.02-21.03.2011 Terrorizm və Təhlükəsizlik Elmləri üzrə keçiriləcək proqram çərçivəsində təlimatçı qismində iştirakGarmiş, AlmaniyaSahib Ölkə Dəstəyi kursu 14-18.02.2011Oberammerqau, AlmaniyaMülki-Hərbi əməkdaşlıq Qarargahı üzrə kurs 14-18.02.2011Oberammerqau, AlmaniyaAzərbaycan-BB ikitərəfli əməkdaşlıq proqramına əsasən14-25.02.2011 Çoxmillətli Sülhü Dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi kursuVişkov, Çex Respublikası.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 28-də saat 10:25-dən 10:30-dək, 14:10-dan 14:35-dək və 17:20-dən 17:25-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Voskepar və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14:05-dən 14:10-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23:10-dan 23:20-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, yanvarın 29-da saat 00:15-dən 00:20-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 27-də saat 17:12-dən 17:15-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 22:20-dən 22:23-dək Cəbrayıl rayonunun işğal olunmuş ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 24-də saat 22:00-dan 22:10-dək Ermənistan Respublikasının Noyemberyan və İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 15:10-dan 15:12-dək və yanvarın 25-də 03:05-dən 03:20-dək Tərtər rayonunun Çaylı, Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutublar.