Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 26-da saat 10:40-dan 10:45-dək, 20:00-dan 20:10-dək və 21:30-dan 21:40-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi, saat 10:45-dən 10:50-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 14:40-dan 15:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14:30-dan 14:40-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14:40-dan 14:50-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.