Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 20-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında Hərbi əməkdaşlıq üzrə iş planına uyğun olaraq, Bakı şəhərində Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin mütəxəssisləri tərəfindən “Müdafiə Nazirliyi və Parlament Əlaqələri” mövzusunda seminar başlayıb. “PARK İNN” hotelinin konfrans zalında keçirilən seminar iki gün müddətində davam edəcək və hərbi-mülki əlaqələr, Silahlı Qüvvələrə demokratik nəzarət, hərbin rolu, hərbi peşəkarlığın özəlliyi, hərb üzrə parlament nəzarəti və digər mövzularda müzakirələr aparılacaq.
Tədbirdə Müdafiə Nazirliyi ilə yanaşı Prezident Aparatı, Milli Məclis, güc strukturları və mülki nazirliklərin nümayəndələri də iştirak edir.