Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyul 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

22 iyul - Milli Mətbuat Günü münasibəti ilə Müdafiə Nazirliyi bir qrup mətbuat nümayəndəsini mükafatlandırıb. Pul mükafatı Müdafıə Nazirliyi tərəfındən təşkil olunan səfərləri, mətbuat konfranslarını, brifinqləri və başqa tədbirləri daim işıqlandıran, Silahlı Qüvvələrimiz haqqında müsbət ruhlu məqalə və informasiyalarla yazılı şəkildə çıxışlar edən 14 kütləvi informasiya vasitəsinin əməkdaşlarına verilir.
Həmin KİV-lər və onların nümayəndələri aşağıdakılardır.
1. Hüseynli İxtiyar Kərim oğlu           “Azərbaycan” qəzeti
2. Əliyev Vazeh Qəzənfər oğlu          “Xalq” qəzeti
3. İbrahimov Məhərrəm Əli oğlu        “AzərTac” İnformasiya Agentliyi
4. Qaraşova Məhbubə İsmayıl qızı    APA İnformasiya Agentliyi
5. Hüseynli Emin Fazil oğlu               “Trend” İnformasiya Agentliyi
6. Rüstəmov Elşən Rüstəm oğlu       “1news.az” saytı
7. Qasımov Seymur Tosif oğlu          “Şərq” qəzeti
8. Quliyev Camaləddin Həsən oğlu   “Paritet”  qəzeti
9. Məmişov Mirsalam Əzizxan oğlu   “Elçi” qəzeti
10. Səfərov Seyfəddin Mehdi oğlu    “525-ci qəzet”
11. Əhədova Könül Sədrəddin qızı    “Hərbi And” qəzeti 
12. Ağayev Etibar Rafıq oğlu            “Yeni Müsavat” qəzeti
13. Orucov Nemət Hüseyn oğlu        “Bizim Yol” qəzeti
14.İmanova Aynur Mirhəsən qızı      “Mediaforum” saytı
Eyni zamanda, nazirliyin “Azərbaycan Ordusu” qəzeti, “Hərbi Bilik” jurnalı və Sənədli Filmlər Kinostudiyasının əməkdaşları da rəhbərlik tərəfındən fəxri fərman, təşəkkürnamə və pul mükafatına layiq görülüblər.