AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2013-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən dekabrın 17-19 tarixlərində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Ramşteyn Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupu Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə Ekspert Qərargah görüşü keçirib.
Dekabrın 20-də Müdafiə Nazirliyində kollegiya üzvlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib.
Dekabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönyeni qəbul edib.
Dekabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər idarəsinin rəisi korpus generalı Alpaslan Erdoğanı qəbul edib.
Dekabrın 17-də Bakı şəhərində Azərbaycan-Fransa ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilmişdir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 18-də Qazax rayonunun Bala Cəfərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 18-də Qazax rayonunun Bala Cəfərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Son günlər Silahlı Qüvvələrlə bağlı mətbuatda yenə müxtəlif səpkili, qərəzli və çox vaxt həqiqətə uyğun olmayan yazılar dərc olunur.
Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Qarnizonunda yerləşən Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub.