Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2013 09:00

Məlumat


Son günlər Silahlı Qüvvələrlə bağlı mətbuatda yenə müxtəlif səpkili, qərəzli və çox vaxt həqiqətə uyğun olmayan yazılar dərc olunur.
Əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, tutduqları vəzifələrdə müəyyən şəxsi mənafelər güdməklə nöqsanlara yol vermiş və bu səbəbdən də ordu sıralarından kənarlaşdırılaraq, xidmətdən təcrid edilmiş bəzi keçmiş hərbi qulluqçular kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.
Bu cür dezinformasiya xarakterli məlumatları yayanlar Silahlı Qüvvələrdə hazırda həyata keçirilən islahat və quruculuq işləri nəticəsində əldə olunmuş uğurlara kölgə salmağa cəhd edirlər.
Müdafiə Nazirliyi dövlətin ərazisinin, müstəqilliyinin və suverenliyinin qorunmasının əsas təminatçısı olan Silahlı Qüvvələrimizə qarşı yönəlmiş bu kimi kampaniyalara son qoymağa dəvət edir, kütləvi informasiya vasitələrinə hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmasını və dəqiqləşdirildikdən sonra verilməsini tövsiyə edir.