Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Dekabr 2013 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Qarnizonunda yerləşən Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub.
Müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsi, onların imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, trenajor siniflərinin, yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub.
Zabit heyətilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına əsasən ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr haqqında danışılıb, xidmətdə fərqlənən hərbçilərə növbəti rütbələr verilib, şəxsi heyət medal və qiymətli hədiyyələrlə təltif olunub.
Müdafiə naziri hərbi hissədəki qərargah binası, yeməkxana və məişət kompleksi, zabitlərin və onların ailələri üçün nəzərdə tutulan yaşayış binalarındakı tikinti-tamamlama işlərinin yekunlaşdırılması, o cümlədən aparılan digər inşaat işlərinin sürətlə davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.