Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2013 09:00

Azərbaycan-Fransa ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilib


Dekabrın 17-də Bakı şəhərində Azərbaycan-Fransa ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilmişdir.
Tədbir zamanı ölkələrimiz arasında hərbi-təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunmuş, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmışdır.
Müzakirələrin yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Nazirliyi arasında 2014-cü il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı" imzalanmışdır.
Fransa Respublikasının nümayəndə heyətinə Birləşmiş Qərargahın Beynəlxalq Əlaqələr İdarəsinin Qafqaz, Mərkəzi Asiya, Rusiya Federasiyası və Ukrayna üzrə bürosunun rəisi 1-ci dərəcəli kapitan Aleksis Viler rəhbərlik etmişdir.