Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2013 09:00

NATO-nun Ekspert Qrupu Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə Ekspert Qərargah görüşü keçirib


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2013-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən dekabrın 17-19 tarixlərində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Ramşteyn Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupu Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə Ekspert Qərargah görüşü keçirib.
Tədbirdə NATO-nun Ramşteyn Birləşmiş Qüvvələr Komandanlığı haqqında ümumi məlumat, strukturu və iş prinsipi eləcədə Azərbaycanın NATO ilə PAP və FTƏP sənədlərində qəbul edilmiş Hərbi Hava Qüvvələrinə aid olan tərəfdaşlıq məqsədlərinin və tədbirlərinin həyata keçirilməsini əhatə edən mövzular üzrə müzakirələr və fikir mübadiləsi aparılıb.