AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə nazirliyin zabiti polkovnik Abdulla Qurbani avqustun 23-də Ukraynanın Xarkov şəhərinə gedərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Ruslan Aleksandroviç Polovinkanın ailəsinə baş çəkib, qəhrəmanın xatirəsinə həsr olunmuş anma mərasimlərində iştirak edib.
Avqustun 24-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Qoşunların döyüş hazırlığı planına əsasən təlim mərkəzilərində tank əleyhinə bölmələrin şəxsi heyətinin intensiv hazırlığı həyata keçirilir.
Avqustun 25-dən 28-dək Manama şəhərində (Bəhreyn) "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim-2014" yekun planlaşdırma konfransı, Ştrausberq şəhərində (Almaniya) kütləvi informasiya vasitələri ilə əlaqədar ekspert görüşü, avqustun 26-dan sentbyarın 13-dək isə Qrafenvör şəhərində (Almaniya) "Combined Endeavor-2014" təlimi keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə nazirliyin zabiti polkovnik Abdulla Qurbani Belarus və Ukraynaya ezam olunub.
Avqustun 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Müdafiə Nazirliyinin Nəqliyyat komandanı general Paul Cozef Selvanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrin hərbi texnikasının daşınması, əvəz edilərək yerlərinin dəyişdirilməsi planlı surətdə həyata keçirilir və bölmələrin döyüş tapşırığının yerinə yetirilməsi üçün tələb olunan daimi döyüş hazırlığı qabiliyyətinin saxlanılması məqsədini daşıyır.
Avqustun 21-dən 23-dək Bakı şəhərində "Əməliyyat sonrası inteqrasiya" mövzusunda seminar keçiriləcək.
Avqustun 18-də Bakı şəhərindən yola salınan "Gənc Heydərçilər"i Qusar rayonunda "N" saylı hərbi hissəsinin məsul zabitləri qarşılayıblar.