AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 16-dan başlayan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya rəsmi səfəri oktyabrın 20-də başa çatıb.
Oktyabrın 20-dən 21-dək Rukla şəhərində (Litva) Juozas Luksa Quru Qoşunları Təlim Mərkəzi və mərkəzdə təşkil olunan sərrast atıcılıq kursu ilə tanışlıq səfəri, oktyabrın 20-dən 24-dək İstanbul şəhərində (Türkiyə) Türkiyə Hərbi Dəniz Qüvvələrinin fərdi tədris sistemi ilə tanışlıq və təcrübə mübadiləsi, İzmir şəhərində (Türkiyə) Əldə hazırlanmış partlayıcı qurğuların istifadə olunduğu yüksək təhlükəli mühitdə taktiki əməliyyatların aparılması kursu, Brüssel şəhərində (Belçika) Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu, oktyabrın 21-dən noyabrın 13-dək Manama şəhərində (Bəhreyn) "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim-2014" yekun planlaşdırma konfransı keçiriləcək.
Bu gün Azərbaycan Respublikası regionun ən güclü ordusuna sahibdir.
Naxçıvan Qarnizonunun Zabitlər Evində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib.
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin Bakıya rəsmi səfəri davam edir.
Bakı şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib.
Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
Oktyabrın 16-da Bakıya rəsmi səfərə gələn Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin komanda heyətinin şəhərimizdə görüşləri başlayıb.