Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2014 09:00

Rusiya Federasiyası Xəzər Dəniz Donanması gəmilərinin Bakıya səfəri davam edir

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin Bakıya rəsmi səfəri davam edir.
Oktyabrın 17-də gəmilərin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra qonaqlar Dövlət Bayrağı Meydanı Kompleksindəki muzeyə gedib və oradakı eksponatlarla tanış olublar.
Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətinin şəhərə gəzintisi təşkil olunub. Günün sonunda futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Səfər oktyabrın 19-dək davam edəcək.