Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2014 09:00

Naxçıvan Qarnizonunun Zabitlər Evində bayram tədbiri keçirilib

Naxçıvan Qarnizonunun Zabitlər Evində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov çıxışında Azərbaycan xalqının 23 il əvvəl yaranmış gərgin tarixi vəziyyətdə öz müqəddəratını həll edərək dövlət müstəqilliyini bərpa etdiyini bildirib. Ancaq bu müstəqilliyi qoruyub-saxlamaq heç də asan olmayıb. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbilə yenidən siyasi hakimiyyətə qayıtması təhlükəni aradan qaldırdı. Cəbhədə atəşkəs elan olunaraq vahid komandanlıq altında milli ordu quruculuğuna start verildi. Tarix üçün çox qısa bir dövrdə Azərbaycan güclü dövlətə, Silahlı Qüvvələrimiz isə regionun ən qüdrətli ordusuna çevrildi. Artıq Azərbaycan Silahlı Qüvvələri elə bir gücə malikdir ki, hər an işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli bildirib ki, bu gün ordumuza hərtərəfli dövlət qayğısı var. Ordumuzun gündən-günə inkişaf etməsi, əsgərlərimizin yüksək döyüş hazırlığı hər birimizi sevindirir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda xalqla ordu arasında qırılmaz tellər mövcuddur.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin "Şəlalə" İnstrumental Ansamblı solistlərinin çıxışı olub.