Bakı şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib.
Danışıqlara Azərbaycan tərəfdən Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Gürcüstan tərəfdən isə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Avro-Atlantik İnteqrasiya Departamenti İkitərəfli Əməkdaşlıq İdarəsinin rəisi cənab İosif Cikia rəhbərlik ediblər.
Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Müzakirələrin yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Gürcüstanın Müdafiə Nazirliyi arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq Planı"nın layihəsi razılaşdırılıb.