Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2014 09:00

"GƏL TANIŞ OLAQ, BİZ BU YURDUN MÜDAFİƏÇİLƏRİYİK!"

Bu gün Azərbaycan Respublikası regionun ən güclü ordusuna sahibdir. Bütün bunlar isə Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının və şəxsi heyətin mənəvi-psixolji durumunun, döyüş qabiliyyətinin yüksək səviyyədə olmasından xəbər verir. Təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin bu gücə qovuşmasında xalq-ordu birliyi də mühüm rol oynayır. Çünki, xalq orduya, ordu xalqa güvənib inanarsa o zaman heç bir düşmən bizi məğlub edə bilməz. Elə bütün bunları nəzərə alan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun Komandanlığı mütəmadi olaraq şəxsi heyətlə ictimaiyyət nümayəndələrinin görüşünü təşkil edir, mədəni-kütləvi tədbirlərin keçirilməsinə nail olur.
"Gəl tanış olaq, biz bu diyarın müdafiəçiləriyik!" adlı növbəti tədbir Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə təşkil olunub. Adı çəkilən tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 23-cü ildönümünə həsr olunub. Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordunun zabiti Mirqiyas Rüstəmov açaraq şəxsi heyətin mənəvi-psixoloji durumunun saflaşdırılması və döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən əməli işlərdən ətraflı bəhs edib.
Daha sonra çıxış edən tanınmış ziyalılar belə tədbirlərin xalq-ordu birliyinin əyani göstəricisi olmaqla bərabər, şəxsi heyətin mənəvi-psixoloji durumuna da öz müsbət təsirini göstərdiyini vurğulayıblar.
Tədbirin bədii hissəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının və Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin çıxışları, Kəngərli Rayon Mədəniyyət Evinin "Kəngər" xalq çalğı alətləri ansamblı və "Yallı" rəqs qrupu üzvlərinin ifa və rəqsləri maraqla qarşılanıb. Tədbirin sonundakı "N" saylı hərbi hissəsinin xüsusi hazırlıqlı bölməsinin nümunəvi çıxışları daha yadda qalan olub.