Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Monitorinq baş tutdu 22 May 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 22-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Azərbaycan və Gürcüstanın müdafiə nazirləri arasında telefon danışığı olub 21 May 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşelinin təşəbbüsü ilə telefon danışığı olub.

Təmas xəttində monitorinq keçiriləcək 21 May 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 22-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

General-polkovnik Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib 20 May 2015 09:00

Mayın 20-də Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Azərbaycanın Müdafiə naziri Türkiyənin Hərbi Akademiyalar rəisi ilə görüşüb 19 May 2015 09:00

Mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Hərbi Akademiyalar rəisi, ordu generalı Abdullah Rəcəbin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hərbi Liseydə "QANLI YANVAR" bədii filminin təqdimat mərasimi keçirilib 19 May 2015 09:00

C.Naxçıvanski adına Hərbi Liseydə Vahid Mustafayevin rejissorluğu ilə çəkilən "QANLI YANVAR" bədii filminin təqdimat mərasimi keçirilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Belçika Krallığına səfər edib 19 May 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində mayın 20-də keçiriləcək görüşlərdə iştirak etmək üçün Belçika Krallığına səfər edib.

"Əsgər yaradıcılığı" müsabiqəsinin qalibləri müəyyən olunub 18 May 2015 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Silahlı Qüvvələrin "Əsgər yaradıcılığı" müsabiqəsi keçirilib.

C.Naxcıvanski adına Hərbi Liseydə Milli Qəhrəman Cəlil Səfərovun xatirəsi anılıb 18 May 2015 09:00

Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun vaxtilə təhsil aldığı C.Naxcıvanski adına Hərbi Liseydə anma tədbiri keçirilib.

"Hərb elminin inkişaf perspektivləri" mövzusunda birinci respublika elmi-praktik konfransı keçirilib - VİDEO 16 May 2015 16:20

Mayın 16-da Müdafiə nazirinin təsdiq etdiyi "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2015-ci ildə elmi iş planı"na əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında "Hərb elminin inkişaf perspektivləri" mövzusunda birinci respublika elmi-praktik konfransı keçirilib.