Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2015 09:00

Azərbaycan və Gürcüstanın müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşelinin təşəbbüsü ilə telefon danışığı olub.
Xanım Tinatin Xidaşeli Azərbaycan paytaxtının Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında insanların həlak olmasının və yaralanmasının onlarda böyük kədər hissi doğurduğunu diqqətə çatdırıb, həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.
Telefon danışığında xanım Tinatin Xidaşeli Azərbaycanla Gürcüstan arasında hərbi sahədə əldə edilən nailiyyətlərin və razılaşmaların qüvvədə qalması və daha da inkişaf etdiriləcəyinə əminlik ifadə edib.
Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın perspektivlərinə dair qısa fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov xanım Tinatin Xidaşeliyə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.