AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Birgə HHQ Əməliyyatlarının Planlaşdırılması" mövzusunda təlim kursu keçirilir.
Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya və Litvanın Müdafiə nazirlikləri arasında cari il üçün ikitərəfli əməkdaşlıq planlarına əsasən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Baltikyanı dövlətlərin ekspertlərinin iştirakı ilə "Müdafiə siyasətinin planlaşdırılması və dövlət səviyyəli strateji planlama" mövzusunda seminar təşkil olunub.
Azərbaycan və Latviya Müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Latviya Silahlı Qüvvələri Dil Məktəbi nümayəndələrinin iştirakı ilə seminar keçirilib.
Müdafiə nazirinin tapşırığına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidentinə cavabı ilə əlaqədar "dəyirmi masa" keçirilib.
Sentyabrın 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüşüb.
Ordu komandanlığı ilə xidməti müşavirə keçirilibAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub.
Azərbaycan Respublikası və Birləşmiş Krallığın Müdafiə Nazirlikləri arasında illik hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirlyinin Hüquq İdarəsində iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüş keçirilib.
Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirilib.
Bilik Günü münasibətlə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib.
Təhsil müəssisəsində yeni müasir tipli yeməkxana kompleksi istifadəyə verilibMüdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması, eləcə də yeni inşa edilən infrastruktur obyektinin açılışı ilə əlaqədar sentyabrın 14-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.