AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bakı Hərbi Kollecində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ombudsman Aparatı, Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil, Səhiyyə, Gənclər və İdman, Mədəniyyət nazirlikləri, Hərbi Prokurorluq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Şəhər və Rayon İcra hakimiyyətlərinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib.
Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin lektoriya zalında "Korrupsiyaya qarşı mübarizə" mövzusunda seminar təşkil olunub.
Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi prosesi mərhələli şəkildə davam edir.
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.
Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.
Hərbi xidmət Vətənə sədaqətdirƏsgər olub Vətənin keşiyində dayanmaq minlərlə gənc kimi Turqut Osmanlının da arzusu, istəyi olub...davamı Naxçıvan Hərbi Kollecinin Həmkarlar İttifaqının təsis yığıncağı keçirilibMilli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən kollecin Həmkarlar İttifaqının təsis yığıncağına həsr olunmuş tədbir keçirilib...davamı “100 ilin qəhrəmanları”Xalqımıza qürur, torpaqlarımıza doğma nəfəs gətirən Zəfərin qazanılmasından 4 il ötür...davamı Şəhidlərimizin xatirəsi daima uca tutulurHəzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbirlər silsiləsindən şəhid mayor Ramil Ağayevin doğum günü qeyd olundu...davamı Kursantımız Respublika çempionu olubMilli Müdafiə Universitetinin nəzdində olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 1-ci kursunun kursantı Əmrahov Adəm Elsevər oğlu Alpaqut idman növü üzrə keçirilən Respublika çempionatının qalibi olub...davamı “Ordu” idman klubu Basketbol Liqasında növbəti dəfə qələbə qazanıbDekabrın 22-də Gəncə idman sarayında davam edən yarışlar çərçivəsində "Ordu" idman klubunun yığması "Gəncə" komandası ilə görüşüb...davamı Dövlət qurumları arasında III minifutbol turniri keçirilirBakıda Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turniri keçirilir...davamı"Azərbaycan Ordusu" qəzetinin tam variantı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbinin yaranmasının ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirak ediblər.
Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.Görüşdə hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Dekabrın 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.