AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən "15-ci NATO günləri" tədbiri çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə səfərdə olan Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bruasdal Gunnsteinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik Yaşar Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alan bir qrup zabit heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsində "Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Mansurov Elçin Elşən oğlunun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, digər qonaqların iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.