Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Gürcüstan nümayəndə heyətləri hərbi təhsil müəssisələrində olub 13 Dekabr 2024 17:18

Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Milli Müdafiə Akademiyasının və Gürcüstan Müdafiə Təsisatlarında İslahatlar Məktəbinin “Müdafiə və Təhlükəsizlik Strateji Kursu”nun nümayəndələri xüsusi təyinatlı hərbi təhsil müəssisələrini ziyarət ediblər.

ƏÜO komandanı Türkiyəyə səfər edib 13 Dekabr 2024 16:38

Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanı general-mayor Kənan Seyidov Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.

Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib 13 Dekabr 2024 16:09

Dekabrın 13-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib - VİDEO 12 Dekabr 2024 19:56

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Ordu, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

HHQ-də voleybol üzrə birincilik keçirilib 12 Dekabr 2024 16:50

2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) hərbi qulluqçular arasında voleybol birinciliyi keçirilib.

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - VİDEO 12 Dekabr 2024 13:56

Azərbaycan Respublikasının müdafiə naziri general - polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib - VİDEO 12 Dekabr 2024 12:01

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.

"Azərbaycan Ordusu" qəzeti № 93 (2904) 11 Dekabr 2024 19:31

Xalqımızın Ümummilli Lideri - Əbədiyaşar KomandanDünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 21 il ötür...davamı “Tarixi zəfərin qazanılmasında iştirak etməkdən qürurluyam”Azərbaycan Ordusunun düşmənin genişmiqyaslı təxribatının qarşısını alaraq, əks-hücum əməliyyatına keçməsi ilə başlayan və şanlı qələbə ilə yekunlaşan Vətən müharibəsindən artıq bir neçə il ötüb...davamı Ulu Öndərin xatirəsi yad olunduMingəçevir şəhərində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Muradovun adını daşıyan Texniki-Humanitar liseydə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş anım mərasimi keçirildi...davamı Doğma Cəbrayılımda dalğalanan şanlı bayrağımız uşaqlıq hisslərimin qələbə marşına bənzəyirOrdu sıralarımızda xidmət edən gənc zabit Röyal Cəfərov əslən Cəbrayıl rayonunun Karxulu kəndindəndir...davamı Pilotsuz uçuş aparatlarının (PUA) ordu və müasir dövrün müharibələri üçün verdiyi töhfəBütün innovativ texnologiyalar kimi, pilotsuz uçuş aparatları (PUA) da, ilk öncə sadəcə konseptual prototiplərdən ibarət olub...davamı Həmrəylik azərbaycançılıqdır!Xalq naminə, dövlət, dövlətçilik naminə eyni fikirlilik eyni amallılıqdır, eyni niyyətlilik həmrəylik...davamı Hər şəhidi ehtiramla anırıqVətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda gedən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik fəaliyyəti, fədakarlığı, xalq-ordu birliyinin yenilməzliyi, şanlı ordumuzun döyüş təcrübəsinin zənginliyi ilə Zəfərlə başa çatdı...davamı Hərbi xidmət müqəddəs borcdurHərbi xidmət hər bir gənc üçün həm şəxsi inkişaf, həm də vətəndaşlıq borcunun yerinə yetirilməsidir...davamı Şəhidlərimizin döyüş yolu hər birimizə örnəkdirTarix öz qəhrəmanlarını heç vaxt unutmur...davamı "Azərbaycan Ordusu" qəzetinin tam variantı

Milli Müdafiə Universitetində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib 11 Dekabr 2024 10:30

Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Milli Müdafiə Akademiyasının rektorunun müavini polkovnik Zurab Zerekidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır - VİDEO 10 Dekabr 2024 18:02

2024-cü ilin hazırlıq planına əsasən, komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.