Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"İtalyan dili" kursunun buraxılış mərasimi keçirilib 17 Dekabr 2024 17:50

Dekabrın 17-də Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində "İtalyan dili" kursunun növbəti buraxılış mərasimi keçirilib.

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb - VİDEO 17 Dekabr 2024 15:27

Dekabrın 17-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyəti ilə görüşüb.

Hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilib - VİDEO 17 Dekabr 2024 12:36

2024-cü ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib.

Həftəlik icmal (08.12.2024 - 15.12.2024) - VİDEO 15 Dekabr 2024 15:26

"Azərbaycan Ordusu" qəzeti № 94 (2905) 14 Dekabr 2024 18:11

Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilibAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Ordu, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib...davamı Heydər Əliyev fenomeni və tarixi Zəfərlə nəticələnən milli strategiyaBu il torpaqlarımızın Ermənistan silahlı birləşmələrinin işğalından azad olunmasının, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnən Vətən müharibəsində qələbəmizin 4-cü, uğurlu antiterror əməliyyatının 1-ci ildönümünü qürurla qeyd etdik...davamı Azərbaycan-Çin hərbi mütəxəssisləri arasında işçi görüşləri keçirilibÇin Xalq Respublikasında Azərbaycan və Çin hərbi mütəxəssisləri arasında Xüsusi Təyinatlı Qüvvələr və maddi-texniki təminat sahələrində işçi görüşləri keçirilib...davamı “Ordu” klubu növbəti dəfə qələbə qazanıbBasketbol Liqasında "Ordu" klubu növbəti dəfə qələbə qazanıb...davamı "Azərbaycan Ordusu" qəzetinin tam variantı

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir 14 Dekabr 2024 16:03

Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə qardaş ölkədə səfərdə olan Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov bir sıra hərbi obyektlərdə olub.

Ölkəmizdə akkreditə olunmuş hərbi attaşelər ilə cari ilin yekununa dair toplantı keçirilib 14 Dekabr 2024 12:06

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.Toplantıda xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş 34 nümayəndəsi iştirak edib.

Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilib 14 Dekabr 2024 10:09

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsini ziyarət edib.

MMU-da NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüş keçirilib 13 Dekabr 2024 20:14

Dekabrın 13-də Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti ölkəmizdə səfərdə olub 13 Dekabr 2024 18:56

NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsen və onun rəhbərlik etdiyi "Ali kurs"un heyəti ölkəmizə "Sahə Araşdırmaları səfəri" çərçivəsində ADA Universitetində və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də olub.