Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Dekabr 2024 12:26

Təyyarə qəzasında həlak olanlar bir dəqiqəlik sükutla yad edilib

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.
Bu münasibətlə Azərbaycan Ordusunda anım mərasimi keçirilib. Aviaqəza nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.