AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
18 oktyabr - Dövlət müstəqilliyi günündə Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Ordusunun ehtiyatda olan çavuşu, Qarabağ müharibəsinin veteranı Məmmədov Vüqar Vilayət oğluna “Hərbi xidmətlərə görə” Azərbaycan Respublikasının medalı təntənəli surətdə təqdim edilib.
Azərbaycan Respublikası Dövlət müstəqilliyinin elan edilməsinin 28 illiyi münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə bayram tədbirləri təşkil olunub.
Azərbaycan Ordusunda “NATO günləri” başa çatıb.
Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Hərbçilərin VII Dünya Oyunlarında iştirak etmək üçün Çin Xalq Respublikasının Uxan şəhərinə yola düşüb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekin şəhərinə gedəcək.
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrinin (HDQ) taktiki təlimi keçirilir.
Oktyabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Çin Xalq Respublikasında keçiriləcək Hərbçilərin VII Dünya Oyunlarında iştirak edəcək.
2019-cu ilin hazırlıq planına uyğun olaraq “N” nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində aprel şəhidi Əbdülməcid Axundovun anım mərasimi keçirilib.