Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2019 16:02

Aprel şəhidi Əbdülməcid Axundovun anım mərasimi keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində aprel şəhidi Əbdülməcid Axundovun anım mərasimi keçirilib.
Tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Çıxış edən millət vəkili Tahir Mirkişili aprel döyüşləri zamanı ordumuzun  göstərdiyi qəhrəmanlıq, əldə etdiyi uğurlar, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar barədə fikirlərini bildirərək şəhid ailələrinin, müharibə qazilərinin daim diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.
Sonra şəhidin anası Ceyran Axundova çıxış edərək oğlu ilə bağlı xatirələrini bölüşərək şəhid ailələrinə göstərilən sevgi və diqqətə görə hər kəsə təşəkkürünü bildirib.
Anım mərasimində şəhidin şəxsi əşyaları, fotoları, xalça və rəsm əsəri, haqqında yazılan kitab sərgilənib, eləcə də Nigar İsmayılqızının hazırladığı “Ölsəm… Yaşat” sənədli filmi nümayiş olunub.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin vətənpərvər mahnıları ilə başa çatıb.