Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2019 16:04

Hərbi hissədə kütləvi tərbiyəvi tədbir keçirilib

2019-cu ilin hazırlıq planına uyğun olaraq “N” nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.
Tədbirdə çıxış edənlər kursantlara gələcək xidmətlərinin nümunəvi təşkili üçün qanunların və nizamnamələrin tələblərinə əməl olunmasının vacibliyini geniş izah edərək Müdafiə nazirinin əmr və tapşırıqlarını onların diqqətinə çatdırıblar.