Azərbaycan Ordusunda “NATO günləri” başa çatıb.
Tədbir çərçivəsində NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və “N” nömrəli hərbi hissəni ziyarət edib.
Şəxsi heyət üçün “NATO bu gün və gələcəkdə”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun hərbi məsələləri”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası və Azərbaycan Ordusu” və digər mövzularda mühazirələr və təqdimatlar təqdim olunub.