Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2019 12:07

MOİK-in idmançıları Hərbçilərin VII Dünya Oyunlarına yola düşüb

Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Hərbçilərin VII Dünya Oyunlarında iştirak etmək üçün Çin Xalq Respublikasının Uxan şəhərinə yola düşüb.
Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi və oktyabrın 18-dən 28-dək keçiriləcək yarışlarda ölkəmizi MOİK-in güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək.
Oyunlarda 100-dən çox ölkədən təxminən 10 min hərbçinin iştirak edəcəyi gözlənilir. 27 növ üzrə 329 yarışın keçiriləcəyi oyunlar hərbçilərin ən böyük dünya oyunlarıdır.