AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazlarının iştirakı davam edir.
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid gizir Pərvin Əliyevin anım mərasimi keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 6-da Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Avqustun 5-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları - 2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.
"Beynəlxalq Ordu Oyunları - 2019" yarışları çərçivəsində Qazaxıstanda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məqsədilə məşqlər icra edirlər.
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinin iştirakçılarının birinci mərhələyə hazırlıq prosesi yekunlaşıb.
Avqustun 5-də Bakıda keçirilən “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Avqustun 6-dan yarışlara start veriləcək Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsinin püşkatma mərasimi keçirilib və hakimlərə sertifikatlar təqdim olunub.
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz fərdi yarışda Rusiya, Qırğızıstan, Venesuela və Şri-Lanka hərbçiləri ilə hədəfin üzərində yerləşən 2 santimetr diametri olan dairəyə 300-600 metrdən atəş açmaq üzrə bacarıqlarını sınayıblar.
Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizə səfərə gəlib.