Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2019 14:27

“Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz növbəti mərhələyə hazırlaşırlar - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz fərdi yarışda Rusiya, Qırğızıstan, Venesuela və Şri-Lanka hərbçiləri ilə hədəfin üzərində yerləşən 2 santimetr diametri olan dairəyə 300-600 metrdən atəş açmaq üzrə bacarıqlarını sınayıblar.
Bu gün snayperlərimiz növbəti mərhələyə  hazırlıq məqsədilə sınaq atışları yerinə yetirirlər.
Hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan atışlar edir, mərhələnin xüsusiyyətləri, tapşırıqların yerinə yetirilmə hədləri, eləcə də ərazinin maddi-texniki bazası ilə tanış olurlar.