Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2019 12:47

“Səhra mətbəxi” müsabiqəsi davam edir

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazlarının iştirakı davam edir.
Müsabiqənin mərhələlərində hərbi aşpazlar müxtəlif çeşidli milli yeməklərin hazırlanması üzrə məharətlərini nümayiş etdirir, həmçinin qonaqların marağına səbəb olacaq təamların hazırlanması üzrə “usta dərsləri”  də keçirirlər.
“Səhra mətbəxi” müsabiqəsinin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan milli mətbəx nümunələrinin dadına baxaraq qiymətləndirmə aparırlar