Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2019 20:43

"Artilleriya atəşinin ustaları" müsabiqəsində iştirak edən artilleriyaçılarımız sınaq atışları ediblər - VİDEO

"Beynəlxalq Ordu Oyunları - 2019" yarışları çərçivəsində Qazaxıstanda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məqsədilə məşqlər icra edirlər.
Yarışlarda iştirak etmək üçün təqdim edilən silahlara texniki baxış keçirən artilleriyaçılarımız təhlükəsizlik qaydaları, növbəti mərhələnin şərtləri və atış nöqtələrinin texniki imkanları ilə tanış olub.
Hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlar, qumbaraatan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.