AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransı keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bu təhsil ocağının, Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin məzunları ilə görüşüb.
Ölkəmizdə insan hüquqlarının müdafiəsi dünyəvi prinsiplər əsasında qurulubDünya tarixinin keçdiyi inkişaf mərhələlərinin ən böyük amili insan hüquqlarına hörmət amilidir.
Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdirİyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı “geniş miqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır.
İyunun 18-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2019 müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib.
İyunun 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.
İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 2019-cu il buraxılışı münasibəti ilə tədbir keçirilib.
15 iyun - Azərbaycan Xalqının Milli Qurtuluş günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.