İyunun 18-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2019 müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib.
Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müsabiqənin növbəti dəfə ölkəmizdə təşkilinin əhəmiyyəti vurğulanıb, hazırlıqla bağlı məsələlər, görüləcək işlər müzakirə edilib. Sonra yarışların keçirilməsi üçün hazırlanan infrastruktura baxış keçirilib.
Görüşün yekununa dair protokol imzalanıb.