Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib - VİDEO 25 İyun 2019 17:12

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq 25 İyun 2019 14:30

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bu gün saat 18:30-dan 20:30-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Müdafiə naziri Silahlı Qüvvələr günü ərəfəsində xidməti müşavirə keçirib 25 İyun 2019 13:56

Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Monitorinq insidentsiz başa çatıb 25 İyun 2019 13:02

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 25-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - VİDEO 25 İyun 2019 10:34

İyunun 25-də Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi - VİDEO 25 İyun 2019 10:17

“Güclü dövlətin güclü ordusu olmalıdır” adlı sərgi-müsabiqəsinin qalibləri mükafatlandırılıb - VİDEO 24 İyun 2019 19:09

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunan “Güclü dövlətin güclü ordusu olmalıdır” adlı respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında keçirilən plakat üslublu əsərlərdən ibarət rəsm sərgi-müsabiqəsinə yekun vurulub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 24 İyun 2019 18:12

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:“Azərbaycan Bayrağı” ordeni iləMahmudov Qəşəm Fərzalı oğlu – polkovnikQasımov Mübariz Sayıl oğlu – mayorOrucov Telman İlyas oğlu – mayorMustafayev İlham Abbas oğlu – kiçik leytenant“Vətən uğrunda” medalı iləƏləkbərov Pərviz Ağasalam oğlu – polkovnikƏliyev Əli Şahverdi oğlu – tibb xidməti polkovnikiNəsibov Bayram Nəsib oğlu – polkovnikMəmmədov Anar Əmiralı oğlu – polkovnik-leytenantMəmmədov Zaur Alxan oğlu – polkovnik-leytenantRizvanov Səməndər Səməd oğlu – polkovnik-leytenantVəliyev Zöhrab Naib oğlu – mayor“İgidliyə görə” medalı iləƏsədov Səxavət Ağagül oğlu – polkovnikCumayev Akif Kazım oğlu – polkovnik-leytenantƏfəndiyev Samir Zakir oğlu – polkovnik-leytenantHəziyev Samir Mətləb oğlu – polkovnik-leytenantMövlanov Nizami Bəydəmir oğlu – polkovnik-leytenantBağıyev Mirdamət Səristan oğlu – mayorBabayev Vüqar Eyvaz oğlu – gizirŞəkərov Firudin İlqar oğlu – gizirRzaquliyev Allahqulu Yusif oğlu – çavuşMəmmədov Mehman Məmməd oğlu – kiçik çavuş“Hərbi xidmətlərə görə” medalı iləBabayev Əlizadə Əhmədağa oğlu – polkovnikDərgahlı Vaqif Rafiq oğlu – polkovnikGülməmmədov Mehman Fərman oğlu – polkovnikMəhərrəmov İzzət Məhəmmədəli oğlu – polkovnikMəmmədov İsmixan Valeh oğlu – polkovnikNəbiyev Firuddin İsaxan oğlu – tibb xidməti polkovnikiOsmanov Tofiq Hüseyn oğlu – 1-ci dərəcəli kapitanRəcəbov Yadigar Mütəllim oğlu – polkovnikAbasov Vüqar Tofiq oğlu – 2-ci dərəcəli kapitanAğabalayev Kamran Hacıəli oğlu – polkovnik-leytenantAğayev Bəhruz Allahverdi oğlu – polkovnik-leytenantDivanov Nazim Musa oğlu – polkovnik-leytenantƏfəndiyev Samir Sabir oğlu – polkovnik-leytenantƏliyev Bəxtiyar Oktay oğlu – polkovnik-leytenantƏzizov Firudin Novruz oğlu – polkovnik-leytenantNəsirov Eldəniz Ağamalı oğlu – polkovnik-leytenantNiftəliyev Rəşid Ağaşərif oğlu – polkovnik-leytenantSaruxanov Saruxan İslamuddin oğlu – polkovnik-leytenantYolçuyev Yolçu Məhəmməd oğlu – polkovnik-leytenantPiriyev Rəşad Piri oğlu – mayorZülfüqarov Zülfüqar Rauf oğlu – mayorQorçiyev Cəfər Kəniş oğlu – kapitanMəlikov Famil Alim oğlu – kapitanMusibov Veysəl Yadullayeviç – kapitanMəmmədov Yaşar Mürsəl oğlu – leytenantMustafayev Cavad Cavanşir oğlu – leytenantAbdullayev İbrahim Savalan oğlu – baş gizirƏliyev Elşad Əli oğlu – gizirQurbanov İsmayıl Cəlal oğlu – gizirHacəliyev Mübariz Hacəli oğlu – baş çavuşCəfərov Müşfiq Qərib oğlu – çavuşDəmirov Alim Ərəb oğlu – çavuşMəmmədov Vüqar Vilayət oğlu – çavuşVəliyev Elçin Əjdər oğlu – kiçik çavuşBabayev Müşfiq İsmayıl oğlu – baş əsgər (ölümündən sonra)Məmmədov Ayaz Əvəz oğlu – əsgərNəmətov Namiq Ağaverdi oğlu – əsgər (ölümündən sonra)Ramazanov Azad Gülağa oğlu – əsgər (ölümündən sonra)Şükürov Saleh Niyaz oğlu – əsgər.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 24 İyun 2019 18:09

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:“general-leytenant” hərbi rütbəsigeneral-mayor Fuad Nadir oğlu Məmmədovageneral-mayor Zahid İbrahim oğlu Hüseynova“general-mayor” hərbi rütbəsipolkovnik Qədir Əşrəf oğlu Nəsibovapolkovnik Rasim Rza oğlu Babayevəpolkovnik Vüqar Əfqan oğlu Əliverdiyevəpolkovnik Polad İsrayıl oğlu Həşimovapolkovnik İlqar Zakir oğlu Lətifovapolkovnik Məhəmməd Kərim oğlu Həsənova.

Azərbaycan Ordusunun yaradılmasının 101 illiyi münasibətilə şəxsi heyətə Müdafiə nazirinin təbriki 24 İyun 2019 18:02

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!Sizi Azərbaycan Ordusunun yaradılmasının 101 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, dövlət müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün təmin edilməsi naminə müqəddəs xidmətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.