AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tərtər rayonu istiqamətində Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini kobud surətdə pozaraq təxribat törətməsi nəticəsində iyun ayının əvvəlində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəlilov Elşən Vüqar oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı bu gün şəhidin ailəsinə təqdim edilib.
Ordumuz-qürurumuz Dövlətin özünü də, dövlətçiliyi də ordusu qoruyur.
Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Əlahiddə Ümumqoşun Ordunun Nümunəvi Hərbi Orkestrinin konserti olub.
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Azərbaycan Silahlı Qüvvələr Günü Rusiya paytaxtı Moskva şəhərində qeyd olunub.
Ali Baş Komandan İlham ƏLİYEV:
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə rəsmi tədbir keçirilmişdir.