AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib.
“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”Ümummilli lider Heydər Əliyev:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün fəaliyyət planına əsasən “Aşpaz hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.
Kimya Qoşunlarının hərbi hissəsində hücum əməliyyatında taborun fəaliyyəti mövzusunda taktiki-xüsusi təlim keçirilib.
İyunun 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan ilə görüşüb.
“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası iştirakçılarından bir qrupu 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub və gələcəyin zabitləri ilə görüşüblər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə Silahlı Qüvvələr Günü ərəfəsində iyunun 22-də saat 10.00-da Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü tədbirləri keçiriləcək.
İyunun 13-də Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları təşkil edilib.