AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın bərəkətli torpaqları, yeraltı və yerüstü sərvətləri yadelli qəsbkarların zaman-zaman bu ölkənin üzərinə qoşunlar yeritməsinə, bu diyarın qanlı savaş meydanına çevrilməsinə səbəb olub.
Silahlı Qüvvələrin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.
Oktyabrın 12-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə işçi səfərdə olan ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuperlə görüşüb.
“Əsgər oğul, ürəyini aç mənə” aksiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirov ölkəmizin qərb bölgəsində, Azərbaycan-Ermənistan dövlət sərhədində torpaqlarımızın müdafiəsində dayanan Vətən əsgərlərinin qonağı olub.
Oktyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Düşənbə şəhərində keçirilən növbəti iclasında iştirak edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin, hüquq işləri üzrə köməkçilərin və psixoloqların iştirakı ilə seminar keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin müdafiə nazirlərinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə oktyabrın 12-də Düşənbə şəhərində keçirilən görüşündə iştirak edib.
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərinə yola düşüb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.