Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində tədbir keçirilib 31 Oktyabr 2017 15:02

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı “Tarixi qayıdışın başlanğıcı” və “Ana dilinin təmizliyini qoruyaq” sərəncamlarının hərbi qulluqçular arasında təbliği məqsədilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə “1500 ilin qəhrəmanlıq dastanı – Dədə Qorqud” adlı elmi, ədəbi-bədii tədbir keçirilib.

Xüsusi təyinatlılar cüdo birinciliyinin qalibi olub 30 Oktyabr 2017 13:00

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən cüdo birinciliyinə yekun vurulub.

Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar 30 Oktyabr 2017 10:39

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilinin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Ombudsman təsisatı və təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunmasının vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirib.

HDQ-nin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi müvəffəqiyyətlə keçirilib 28 Oktyabr 2017 16:22

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 1-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-1) keçirilib.

"Azərbaycan Ordusu" qəzeti - №81 (2198) 28 Oktyabr 2017 11:57

Qətiyyətin son ünvanı - Qələbə!Ön xətdə əsgərlərimizlə görüşəndə, onların gözündəki sevinci hiss edəndə, dili ilə demək istədiklərini - bizimlə birlikdə müşayiət etdiyiniz torpaqlar ulu babalarımız Cavanşirin, Babəkin, Xətainin at oynatdığı oylaqlardı.

Müdafiə naziri Əfqanıstanın ölkəmizdəki səfiri ilə görüşüb 26 Oktyabr 2017 18:07

Oktyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Mohammad Taqi Xəlili ilə görüşüb.

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib 26 Oktyabr 2017 17:36

Oktyabrın 26-da “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Bakı şəhərində hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.

Silahlı Qüvvələrin cüdo birinciliyi keçirilib 26 Oktyabr 2017 13:02

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində cüdo üzrə Silahlı Qüvvələr birinciliyi keçirilib.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb 26 Oktyabr 2017 11:29

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Monitorinq insidentsiz başa çatıb 25 Oktyabr 2017 12:28

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.