Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2017 15:02

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı “Tarixi qayıdışın başlanğıcı” və “Ana dilinin təmizliyini qoruyaq” sərəncamlarının hərbi qulluqçular arasında təbliği məqsədilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə “1500 ilin qəhrəmanlıq dastanı – Dədə Qorqud” adlı elmi, ədəbi-bədii tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mərkəzi Zabitlər Evinin mədəni-bədii iş bölməsinin müdiri Gülxar Məmmədova açaraq qonaqları təqdim edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə  fəlsəfə doktoru Rasim Qurbanov çıxışında tariximizin və ana dilimizin inkişaf etdirilməsində dövlət rəhbərliyinin qayğısını qeyd edib.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin iştirakı ilə “Kitabi Dədə Qorqud dastanları”nın motivləri əsasında hazırlanmış nəğmə və rəqslər nümayiş olunub.